Haqqımızda

Home »  Haqqımızda

Biz kimik?

“Avtoturizm” şirkəti, avtomobil icarəsi xidməti ilə yanaşı müxtəlif turlar, yarışlar keçirməklə, yerli və xarici turistlərə çox geniş çeşidli istirahət təklif edir.

 

Niyə biz?

Hal-hazırda Bakıda avtomobil icarə salonları çoxdur. Bunlardan hansının sərfəli olduğunu müəyyən etmək çətindir. Biz öz müştərilərimizə sürücüsüz avtomobil kirayəsində ən uyğun, rahat şərait yaratmağa çalışırıq. Avtomobil salonumuzun avtoparkı o qədər genişdir ki, biz avtomobil sığortası ilə əlverişli alış-veriş edirik. Avtomobil icarəsi şirkətləri avtomobillərin gündəlik hərəkətinə limit və hərəkət məkanlarına qadağa qoyur. Avtomobillərin Bakı şəhərindən kənar yerlərdə idarə olunması nasazılığa gətirib çıxardığı üçün bunu başa düşmək olar. Lakin şirkətimizin avtomobilləri əla, işlək vəziyyətdə olduğu üçün heç bir qorxumuz yoxdur. Buna görə avtomobillərin gündəlik hərəkətinə, yoluna heç bir məhdudiyyət qoyulmur. Bəzən müştəri icarə etdiyi avtomobili qaytararkən bir sıra cərimələri: yuyulmamış maşına, boş baka, uzun gediş və s.ödəməli olur. Əlbəttə, biz də öz müştərilərimizdən maşını təhvil aldığı vəziyyətdə qaytarmağı xahiş edirik. Avtomobillərin ideal vəziyyətdə qaytarılması üçün hər bir şəraitimiz: şəxsi avtoyuma(bazar qiymətinə uyğun),yanacaq məntəqəsi var.

Uzun müddətli icarə sənədləşərkən endirim mümkündür. Daimi müştərilərə əlavə endirimlər olunur. Əgər avtomobili özünüz qaytara bilmirsinizsə, şirkətimizin əməkdaşları bu xidmətin haqqını əvvəlcədən ödəmək şərtilə yerinə yetirə bilərlər. “Avtoturizm” şirkətində avtomobil kirayəsinin sənədləşməsi hədsiz dərəcədə sadədir. Bu əməliyyata 15 dəqiqə vaxt sərf olunur. Şirkətimizdən avtomobil kirayə götürmək həm əlverişli, həm də rahatdır.

Əgər məşhur şəxsləri qarşılayırsınızsa, toy karvanı təşkil edirsinizsə, korporativ qonaqlıq, yüksək səviyyəli seminar, konfrans keçirirsinizsə, xarici nümayəndə heyətini yola salırsınızsa, onda Sizə sürücü ilə avtomobil icarə etmək rahatdır. Sürücülərimiz yüksək professionallığa, böyük iş təcrübəsinə malikdirlər və şəhəri yaxşı tanıyırlar. Sürücü ilə avtomobil icarəsi şəhər daxilində və kənarında maksimum komfort və təhlükəsiz hərəkət etməyə təminat verir. Əgər seçdiyiniz avtomobilin sükanı arxasında özünüz oturmaq istəyirsinizsə, onda sürücüsüz avtomobil kirayələmək məqsədəuyğundur. “Avtoturizm” şirkətində münasib qiymətlər olduğu üçün icarə əlverişlidir.

Sürətli gedişdən həzz almaq istəyirsinizsə, onda Avropa istehsalı olan müasir idman avtomobilləri cərgəsindən özünüzə avtomobil seçin. Kabrioletlərin çoxunda 2 sərnişin 2 baqaj yeri nəzərdə tutulmuşdur. Belə avtomobillərin icarəsi qeyri-adiliyi və kübarlığı sevənlər üçün əla seçimdir.

Bizim şirkət sizin tələblərinizə cavab verə biləcək avtomobil təklif edə bilər. İqlimdən və şəraitdən asılı olmayaraq, Siz bayram, xizək gəzinti üçün istədiyiniz avtomobili tapa bilərsiniz. Qabaqcadan avtomobili behləyin! İcarə müddəti artdıqça qiymət aşağı düşür.

Premium klas avtomobilləri: rahatlıqla təyin olunmuş yerə çatmaq üçün əla seçimdir. Bu tutumlu avtomobil 5 sərnişin, 7 ədəd yük yerinə malikdir.

Orta dərəcəli avtomobillərdə 5 sərnişin, 4 ədəd yük yeri var. Bu avtomobil ailə və kiçik qrupla sürətli mənzilbaşına çatmaq istəyənlər üçün idealdır.

Bizim yığcam avtomobillərimiz ailənin büdcəsinə uyğun istirahət imkanı verir. Yığcam avtomobillərdə 5 sərnişin, 4 ədəd yük yeri var. Kompakt avtomobil, bazarda ən kiçik avtomobil hesab olunmur. Onların ölçüsü orta sinif avtomobilindən kiçikdir.

Ekonom sinif avtomobillərdə 5 sərnişin və 2 ədəd yük yeri var. Bu modellər kiçik qruplar üçün əlverişlidir. Ekonom sinif avtomobilləri şəhər içi və bir günlük səyahətlər üçün nəzərdə tutulmuşdur.

Leave your Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlrini və özəlliklərini işlədə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>